AZ

Azər Aydəmir Koreyada: “Xərclədiyi məbləğin 40 faizini geri ala bilərlər”

Aktyor-ssenarist Azər Aydəmir Cənubi Koreyaya getmə səbəbini açıqlayıb.

Dərgi.az xəbər verir ki, aktyor bildirib ki, Azərbaycan Respublikasının Kino Agentliyi ilə birlikdə 20–23 sentyabr 2025-ci il tarixlərində Cənubi Koreyanın Busan şəhərində keçirilən Asian Contents & Film Market tədbirində iştirak edir.

 

“Cənubi Koreyada film marketdəyik. Azərbaycan filmlərimizin başqa ölkələrin marketlərinə maraqlı gələcəyini düşünürük. Biz filmlərimizi satmaq, müvaffiq ölkələrin kontentləri ilə  barter etmək, ən azı özümüzü və məkanımızı tanıtmaq məqsədi ilə burdayıq. Əsas məsələ isə budur ki, Azərbaycan dövləti və ARKA Azərbaycan ərazisində çəkiləcək filmlərə, audio-video əsərə 40 faiz cashback edir. Yəni ki, istehsalçı ölkə Azərbaycanda xərclədiyi məbləğin 40 faizini geri ala bilər.  Biz də Asian Contents & Film Marketdə bu məlumatı bütün ölkələrə çatdırmağa gəlmişik”.

 

A.Aydəmir qeyd edib ki, “ “Əqrəb mövsümi” serialını da Asian Contents & Film Market-ə satmağa çalışırlar:

 

“ “Əqrəb mövsümi” serialını da Asian Contents & Film Market-ə satmağa çalışırıq. Bu istiqamətdə maraqlı tanışlıqlar və əməkdaşlıqlar var. Ümumi istəyimiz isə digər ölkə marketlərində  Azərbaycanın yaxşı seriallarını və filmlərini tanıtmaq, onlarda maraq yaratmaq. yerli  işlərimizi onlara satmaq və televiziyalarında yayaımını təmin etməkdir”.

Seçilən
2
dergi.az

1Mənbələr