AZ

Paşinyan Ermənistan konstitusiyasını tənqid etdi: “Hamı ona nifrət edir”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiyasını sərt şəkildə tənqid edib.

Publika.az
xəbər verir ki, Ermənistan Demokratiya Forumunda çıxış edən Paşinyan yeni kontitusiyanın qəbulunun zəruriliyindən danışıb.

Bildirib ki, yeni konstitusiya xalqla hüquqi nizam arasında əlaqə yaratmalıdır.

Onun sözlərinə görə, Ermənistanda mövcud konstitusiya heç vaxt əhalinin əksəriyyətinin dəstəyini qazanmayıb.

“Ermənistanın hazırki konstitusiyası Rusiya İmperiyası və SSRİ tərəfindən qəbul edilmiş konstitusiya kimi xalqın nifrətini qazanıb”, - o bildirib.

Qeyd edək ki, Ermənistanın hazırki konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bakı və İrəvan arasında paraflanmış sülh sazişinin imzalanmamasının önündə əsas əngəl də budur. Ermənistan hakimiyyəti 2026-cı ildə parlament seçkilərindən sonra referendum keçirməyi və yeni konstitusiya qəbul etməyi planlaşdırır.

Asif

Seçilən
42
publika.az

1Mənbələr