AZ

Uşaq təkərdə gizlənərək bir ölkədən başqa ölkəyə UÇDU

Əfqanıstanda 13 yaşlı uşaq sərnişin təyyarəsinin eniş təkərləri yuvasında gizlənərək paytaxt Kabildən Hindistanın paytaxtı Yeni Dehliyə qədər təhlükəli bir səfər edib.

"Turkustan.az-ın “ Indian Express” qəzetinə istinadən xəbərinə görə, adı açıqlanmayan əfqan uşaq Kabil Hava Limanına gizli şəkildə daxil olaraq sərnişinlərin arasına qarışıb. Kam Air şirkətinə məxsus RQ-4401 reysi ilə uçan sərnişin təyyarəsinin arxa təkər yuvasına fərq edilmədən girən uşaq, burada gizlənərək Yeni Dehli Beynəlxalq Hava Limanına qədər gəlib.

Təyyarə eniş etdikdən sonra “uçuş zolağında təkbaşına dolaşdığı” müşahidə edilən uşaq yerli təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və dindirilib. Dindirilmə zamanı “sadəcə maraqdan bu işə girişdiyini” bildirən uşaq, təyyarənin arxa eniş təkərləri yuvasında gizləndiyini etiraf edib.

Əfqanıstanın şimalındakı Kunduz şəhərindən olduğu müəyyən edilən uşaq, əslində İranın paytaxtı Tehrana getmək istədiyini, lakin mindiyi təyyarənin Yeni Dehliyə uçduğunu bilmədiyini söyləyib. Hindistan Mərkəzi Sənaye Təhlükəsizlik Gücü (CISF) tərəfindən verilən açıqlamada, uşağın dindirilmədən sonra gəldiyi təyyarə ilə Kabilə geri göndərildiyi bildirilib./cebheinfo.az/

Seçilən
17
2
turkustan.az

3Mənbələr