AZ

Qrossi Quterreşi əvəzləmək istəyir VİDEO

Azvision saytına istinadən ain.az xəbər verir.

Bu barədə o özü ABŞ-nin Nyu-York şəhərində BMT-nin Baş Assambleyası çərçivəsində mətbuata müsahibə verərkən danışıb. O vurğulayıb ki, son vaxtlar çətin dövr keçirən təşkilatı "yenidən dirçəltmək" mümkündür. "Münaqişələrin, zorakılıq hallarının artmasından narahatlığınızı dilə gətirdiyiniz halda diqqətinizi digər məsələlərə ayırırsınızsa, bu ikiüzlülükdür. Hamı görür ki, BMT artıq dünyada sülhü qorumaq missiyasını yerinə yetirməkdə acizdir. Bu səbəblərə görə öz namizədliyimi irəli sürəcək, hamı ilə dialoqa girib, istənilən tərəf üçün vasitəçilik rolu oynamağa çalışacağam. Ümidvaram ki, lazımınca dəstək qazanacağam", - deyən Rafael Qrossi təşkilatın cari rəhbərliyini eyhamla qınayıb. Onun fikrincə, BAEA-nın Baş direktoru səviyyəsində təcrübəsi Baş katib vəzifəsinə seçilməsinə təkan verəcək. Məlumat üçün bildirək ki, BMT-nin hazırkı Baş katibi Antoniu Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq. Həmin il BMT-nin Təhlükəsizlik Şurası bu vəzifəyə namizəd irəli sürməli, Baş Assambleyanın təsdiqi ilə yeni rəhbər 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlamalıdır. Baş katibin səlahiyyət müddəti yenidən seçilmək imkanı ilə 5 ildir. Yenidən seçilmədə məhdudiyyət yoxdur, ancaq indiyədək hər hansı baş katib bu vəzifəni 10 ildən artıq tutmayıb. Eyni zamanda, təcrübəyə əsasən, BMT-nin Baş katibi Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya. Çin) arasından seçilmir.

Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
azvision.az

2Mənbələr