AZ

Maskın atasına qarşı ağır ittiham NYT

İlon Maskın atası Errol Mask uşaqlara qarşı cinsi istismara görə üç dəfə istintaqa cəlb edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

Qəzet polis və məhkəmə sənədlərinə, həmçinin böyük Maskin qohumlarının ifadələrinə istinadən bildirir ki, yaşlı Maska qarşı üç ayrı araşdırma aparılıb. Bu araşdırmalardan ikisi dayandırılıb, üçüncünün nəticəsi isə məlum deyil.

Qəzetin yazdığına görə, böyük Maskın ailə üzvləri onu beş bioloji övladına və övladlığa götürdüyü qızı cinsi istismara məruz qoymaqda ittiham ediblər. Qəzet ilk hadisənin 1993-cü ildə, ən sonuncunun isə 2023-cü ildə baş verdiyini iddia edir.
Qəzet qeyd edir ki, bu iddialar İlon Maskın atası ilə əlaqəni kəsməsinin səbəblərindən biri olub.

NYT-nin məlumatına görə, ailə vəziyyətə müdaxilə etmək üçün dəfələrlə İlon Maska müraciət edib və o, “bəzən hərəkətə keçib”.

Seçilən
1
ucnoqta.az

1Mənbələr