AZ

Azərbaycan paraüzgüçüsü Sinqapurda keçirilən DÇ-də gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının üçüncü günündə gümüş medal qazanıb.

Bu barədə Operativ Media-ya Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

İdmançı 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24:27 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, ikinci gündə isə 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda 58.17 nəticə ilə bürünc medal əldə edib.

Seçilən
0
9
operativmedia.az

10Mənbələr