AZ

Ceki Çanın yeni filmi reytinqlərdə birincidir DETALLAR

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ceki Çanın baş rolda oynad;]; kriminal triller “Kənar kölgə” ardıcıl dörd həftəsonu Çin kassalarında birinci yerdədir və Busan Beynəlxalq Film Festivalında premyerası gözlənilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, rejissor Larri Yan açıqlamasında filmin 85-90 faizinin tamamilə yeni material olduğunu, hekayəyə süni intellekt elementləri əlavə etdiyini bildirib.

“Mən orijinalı kopyalamaq istəmirdim – bu, yeni baxışdır,” - o qeyd edib.

Yan döyüş səhnələrinin insanı və emosional olduğunu, xüsusi effektlərə deyil, atmosferə önəm verdiyini deyib. 10 milyon dollarlıq büdcə ilə film “Logan” səviyyəsində dinamik səhnələr təqdim edir.

Toni Lunq Ka-fay yenidən filmdədir, amma bu dəfə daha emosional rolda çıxış edir. Prodüser Viktoriya Xon bildirib ki, əsas çətinlik Çində aksion janrın dəbdə olmadığı vaxtda investorları inandırmaq olub. “Ssenari Çanı və Lunqu cəlb edən əsas səbəb oldu,” – o vurğulayıb.

Filmin çəkilişləri 84 gün davam edib, əsas səhnələr Makao Qülləsində lentə alınıb. Yan artıq davam filmi üzərində düşünür və gələcəkdə elmi-fantastika və tarixi dram janrlarını sınamaq istəyir. Film Busan premyerasından sonra beynəlxalq uğur üçün testdən keçəcək.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
lent.az

1Mənbələr