AZ

Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə görüşüb. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.

Vurğulanıb ki, Azərbaycan ilə Silk Road Fund arasındakı əməkdaşlıq ölkəmizin beynəlxalq maliyyə platformalarında etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, strateji infrastrukturun inkişafına və qlobal sərmayə axınının cəlbinə mühüm dəstək verir, Azərbaycanın regional və qlobal iqtisadi təşəbbüslərdə daha fəal iştirakına şərait yaradır.

Tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya təşəbbüslərinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar

Seçilən
17
3
sia.az

4Mənbələr