AZ

Paşinyan: Ermənistan Avropa İttifaqına üzv ola bilməz

Ajans.az xəbər verir ki,bu barədə ölkənin baş naziri Nikol Paşinyan sentyabrın 23-də keçirilən Ermənistan Demokratiya Forumu çərçivəsində təşkil olunan panel müzakirəsində bildirib. "Bizim məqsədimiz Avropa İttifaqının standartlarını bütün sahələrdə təmin etməkdir", – deyə Paşinyan qeyd edib. Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr aparılır və bu məsələ geniş ictimai maraq doğurur. Baş nazir bildirib ki, hökumət və hakim siyasi çoxluq Aİ ilə dərin inteqrasiyanı prioritet hesab edir:
"Ən vacib məsələ odur ki, biz bütün sahələrdə Aİ standartlarına nail olmaq istəyirik. Çünki bir çoxları bu prosesi müəyyən geosiyasi nəticələrin daşıyıcısı kimi qiymətləndirirlər." Paşinyan əlavə edib ki, demokratik islahatların növbəti mərhələsi Ermənistanın Avropa İttifaqı dəyərlərinə şübhəsiz və sarsılmaz sadiqliyinin təmin olunması ilə bağlı olacaq.

 

Seçilən
11
Ajans.az

1Mənbələr