AZ

Səyyar "ASAN xidmət" Cəbrayılda

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində əzəli, dədə-baba torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə tədbirlər davam etdirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar "ASAN  xidmət" Cəbrayıl rayonunda təşkil edilib.  

26 sentyabr tarixinədək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər. 

Bu günədək Səyyar "ASAN xidmət" çərçivəsində Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində də vətəndaşlar səyyar xidmətlərdən yararlanıb.

Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi,  vətəndaş məmnunluğuna nail olunmasıdır.

Seçilən
0
7
cebheinfo.az

10Mənbələr