AZ

Orbandan Aİ ilə bağlı BƏYANAT: "Təcili dəyişiklik edilməlidir"

"Avropa İttifaqının dəyişiklikləri qəbul edə bilməməsi ittifaqın dağılmasına gətirib çıxara bilər".

Qaziler.az “Interfax”a istinadla xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

Macarıstanın Baş naziri parlamentdəki çıxışında deyib: “Avropa İttifaqı Roma İmperiyası kimi, dəyişikliklərə uyğunlaşa bilmədiyi üçün dağılmaq ərəfəsindədir”.

Orban qeyd edib ki, Aİ-nin hazırda yenilənməyə ehtiyacı var, lakin o, bunu etməyə qadir deyil. O, bəyan edib ki, Aİ təcili olaraq kəskin dönüş yaratmasa, onun tarixi sona çatacaq.

Orban həmçinin xəbərdarlıq edib ki, Avropa sisteminin çökməsi bir anda olmayacaq. O, bunun tədricən baş verəcəyinə inanır, çünki AB ölkəsi Brüsselin göstərişlərinə əməl etməyi dayandırıb.

QAZİLER.AZ

Seçilən
9
qaziler.az

1Mənbələr