AZ

Alimlər xəbərdarlıq ediblər

Ajans.az The Lancet Public Health-ə istinadən xəbər verir ki, bu problem artıq geniş istifadə olunan amoksisillin və vareniklin kimi dərmanlara da təsir edib. 2010–2024-cü illəri əhatə edən araşdırma çərçivəsində 18 Avropa ölkəsi və ABŞ-dan 600 milyondan çox xəstənin müalicə məlumatları təhlil olunub. Nəticələr göstərib ki, dərman çatışmazlığı müalicə seçimlərinə və tətbiq edilən protokollara birbaşa təsir göstərir. Alimlər müəyyən ediblər ki, çatışmazlıq barədə məlumatlardan sonra səkkiz həyati vacib dərmanın istifadəsində 30%-dən çox azalma müşahidə olunub. Xüsusilə antibiotik amoksisillin və siqareti buraxmağa kömək edən vareniklin kimi dərmanlar ən çox təsirlənənlər sırasındadır. Bəzi hallarda dərmanların göstərişlərində və dozalarında dəyişikliklər qeydə alınıb. Məsələn, romatoid artrit xəstəliyində istifadə olunan sarilumab dərmanının təyinatı azaldılıb, dozası aşağı salınıb və müalicə müddəti qısaldılıb. Tədqiqatın müəllifləri xəbərdarlıq edirlər ki, tədarükdə yaranan fasilələr yalnız xəstələrin həyati vacib dərmanlara çıxışını məhdudlaşdırmaqla kifayətlənmir, eyni zamanda həkimləri alternativ müalicə yolları axtarmağa məcbur edir. Bu isə öz növbəsində fəsadların və səhiyyə xərclərinin artmasına gətirib çıxara bilər. Ekspertlər vurğulayırlar ki, dərman tədarük zəncirləri qlobal xarakter daşıdığından bu böhran istənilən ölkəyə təsir göstərə bilər. Bu səbəbdən, sistemin dayanıqlığını artırmaq və təhlükəsiz alternativlərin təmin olunması üçün beynəlxalq səviyyədə koordinasiyalı tədbirlərə ciddi ehtiyac var.

 

Seçilən
5
Ajans.az

1Mənbələr