AZ

Polşa Belarusla sərhədlərinin dərhal açılmasını tələb edib

Polşa Seyminin sədr müavini Kşiştof Bosak baş nazir Donald Tuskdan dərhal Belarusla sərhədi açmağı tələb edib.

NOCOMMENT.az bildirir ki, onun sözlərini RİA Novosti yayıb.

“Bizim tələblərimiz mindən çox yük maşınına aiddir. Polşa yük maşınlarının və Polşa vətəndaşlarının Polşa hökumətinin qərarı ilə girov saxlanmasına inanmaq çətindir”, – spiker müavini qeyd edib.

Bosakın sözlərinə görə, sərhədin bağlanması səmərəsiz sanksiyadır, çünki müxtəlif malların tədarükü “artıq Baltikyanı dövlətlərdən keçir”. Buna görə də Boşak Polşa hökumətini “səhvlərini etiraf etməyə” və yük maşınlarının geri qayıtmasına icazə vermək üçün sərhədi açmağa çağırıb. O, bu vəziyyətə “dərhal son qoyulmalı” olduğunu vurğulayıb.

Sentyabrın 11-də Polşa Belarusla sərhədini tamamilə bağlayıb. Tusk bunu Moskva və Minsk arasında keçirilən Zapad-2025 hərbi təlimləri ilə əlaqələndirib.

Seçilən
5
nocomment.az

1Mənbələr