AZ

Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...

Şirvan Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə, on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmədə və şəxsi həyatın toxunulmazlığını pozmada təqsirləndirilən Habil Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Cebheinfo.az" Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Habil Kərimov 2023-cü ilin iyun ayından 2024-cü ilin iyul ayınadək İmişli rayonu ərazisində on altı yaşına çatmayan qohumu, 2008-ci il təvəllüdlü, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər törədib, seksual xarakterli digər hərəkətlər edib və təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, o, telefonu ilə hadisə zamanı qanunsuz videoçəkiliş edib.

İmişli Rayon Məhkəməsinin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan zərərçəkmiş şəxs və qanuni nümayəndəsi apellyasiya şikayəti verilərək, hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş edib.

"Cebheinfo.az" 

Seçilən
29
8
cebheinfo.az

9Mənbələr