AZ

Sabahın havası açıqlandı: yağış yağacaq

Sabahın havası açıqlandı: yağış yağacaq

Sentyabrın 24-də ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17°, gündüz isə 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlıq ərazilərdə isə gecə 1-6°, gündüz 7-12° isti olacaq.

Seçilən
11
49
afn.az

10Mənbələr