AZ

Puqaçovanın yaşamadığı malikanəsində 1 aya işıq kəsiləcək

Rusiyanın Xalq artisti Alla Puqaçovanın malikanəsində elektrik enerjisinin 1 aya tamamilə kəsiləcəyi bildirilib.

Yenisabah.az xəbər verir ki, Dövlət Dumasının Tikinti və Mənzil-Kommunal Təsərrüfat Komitəsinin sədr müavini Svetlana Razvorotneva işıq pulu uzun müddət ödənilmir. Buna baxmayaraq Moskvadan kənarda yerləşən Puqaçovanın malikanəsinin hələ də elektrik enerjisi kəsilməyib.

Ötən gün Puqaçovanın həyat yoldaşı, aktyor Maksim Qalkin yarım milyon rubldan çox ödənilməmiş elektrik haqqının qaytarılması üçün məhkəməyə verilib. Proses 25 sentyabr 2025-ci il tarixinə təyin edilib. Dördpendirli pizza

Ev bir aya qədər tamamilə elektriksiz qala bilər.

Puqaçova və Qalkinin bu villasının artıq yaşayış üçün yararsız vəziyyətə düşdüyü bildirilirdi. Xüsusi hərbi əməliyyat başlayandan sonra uşaqları ilə Rusiyadan qaçan məşhur cütlüyün qonşuları kif və paslanmış darvazalardan şikayət edərək, binanın sökülməsini təklif edirlər. (BAKU.WS)


Telegram kanalımız
Seçilən
9
2
yenisabah.az

3Mənbələr