AZ

Fələstin dövlətini tanıyan BMT-yə üzv ölkələrin sayı 157-ə çatdı

Son günlər bir çox dövlətin ardıcıl bəyanatlarından sonra Fələstin Dövlətini tanıyan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin sayı 157-yə yüksəlib.

Turkustan.az xəbər verir ki, İsrailin Qəzzadakı işğalı və soyqırımı qlobal ictimaiyyət tərəfindən qınaqla qarşılansa da, son vaxtlara qədər Fələstin Dövlətini tanımayan 9 dövlət tanındığını açıqlayıb. 193 üzvü olan BMT-də Fələstini tanıyan ölkələrin sayı 157-yə yüksəlib.

BMT üzvü olmayan Vatikan da Fələstin Dövlətini tanıyanlar arasındadır.

Kanada, Avstraliya, Böyük Britaniya və Portuqaliya sentyabrın 21-də Fələstini tanıdıqlarını elan etdilər.

Fransa, Monako Knyazlığı, Lüksemburq, Malta və San Marino da sentyabrın 22-də BMT çərçivəsində keçirilən Fələstin probleminin həlli yollarının tapılması və iki dövlətli həllin həyata keçirilməsi üzrə yüksək səviyyəli Beynəlxalq Konfrans kontekstində Fələstin Dövlətini tanıdıqlarını qeyd ediblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr