AZ

“Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirildi

Sentyabrın 22-də ABŞ-nin Nyu-York şəhərindəki Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərginin açılışı keçirilib.

Kulis.az xəbər verir ki, qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir.

Qeyd edək ki, sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş “Torpağın münbitliyi”, “Mətbəxin toplanması” və “Əllərin ustalığı” adlı üç əsas mövzunu əhatə edib.

Seçilən
16
11
kulis.az

10Mənbələr