AZ

Azərbaycan və Monteneqro iqtisadi əməkdaşlığı gücləndirir

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət, investisiya və nəqliyyat sahələrində birgə fəaliyyətin möhkəmləndirilməsi müzakirə olunub.

Operativ Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Monteneqronun turizm naziri xanım Simonida Kordiç ilə görüş keçirib. Görüşdə Azərbaycanın Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət, investisiya və nəqliyyat sahələrində birgə fəaliyyətin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin hər iki ölkənin iqtisadi maraqlarına uyğun xidmət edəcəyini vurğulayıb.

Seçilən
23
operativmedia.az

1Mənbələr