AZ

Trampın helikopterinə lazer hücumu

Vaşinqtonda bir nəfər ABŞ Prezidenti Donald Trampın olduğu helikopterə lazer işığı yönəltməyə cəhd edib.

Milli.Az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın olduğu Marine One helikopterinə lazer göstəricisi tutmaqda ittiham olunan şəxs federal ittihamlarla həbs edilib.

Məlumata görə, Vaşinqton sakini, 33 yaşlı Ceykob Samuel Vinkler helikopter havaya qalxarkən lazer işığını ona yönəldib. Qanunvericiliyə əsasən, bu əməl beş ilə qədər həbs cəzası ilə nəticələnə bilər.

Hadisə şənbə günü Ağ Evdən havaya qalxan Marine One üzərində baş verib. ABŞ Məxfi Xidmətinin patrul zabiti ifadəsində bildirib ki, Winkler səkidə köynəksiz, yüksək səslə danışarkən görünüb. Onun diqqətini çəkən zabit işıq tutduqda, Vinkler zabitin üzünə qırmızı lazer şüası yönəldib. Daha sonra isə o, helikopterə də lazer işığı vurub.

Məxfi Xidmətin hesabatında qeyd olunub ki, bu hərəkət helikopteri idarə edən pilotu müvəqqəti kor edə, istiqamətdən yayındıra və havada toqquşma riski yarada bilər.

Ceykob Samuel Vinklerin beş ilədək həbs və 250 min dollar cərimə ilə üzləşə biləcəyi qeyd olunub.

Milli.Az

Seçilən
7
milli.az

1Mənbələr