AZ

Rusiya hinduları müharibəyə belə göndərir KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya hinduları müharibəyə belə göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of India” yazıb.

Nəşr bildirib ki, Sankt-Peterburqa təhsil almağa gələn hindistanlılar Ukraynaya döyüşə göndərilib.

30 yaşlı Rakeş Kumar avqustun əvvəlində tələbə vizası ilə Rusiyaya gedib, lakin bir neçə gün sonra yaxınlarına onun çətin vəziyyətdə olduğunu bildirib. Avqustun sonunda o, qardaşı Deepu Mauryaya zorla hərbi xidmətə çağırıldığını və tezliklə döyüş bölgəsinə göndəriləcəyini deyib. Bundan sonra onun telefonuna zəng çatmayıb və ailəsi Rakeşin rus hərbi geyimində olan fotosunu alıb.

Bir neçə gün sonra Rakeş yenidən zəng edərək, pasportunun və şəxsi sənədlərinin müsadirə olunduğunu, iş elektron poçtlarının silindiyini, cəbhəyə göndərilməmişdən əvvəl Donbasda hərbi təlim keçdiyini bildirib. Bu, onların son əlaqəsi olub.

Ailəsi onu evə gətirmək ümidi ilə Xarici İşlər Nazirliyi, Hindistan səfirliyi və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb.

“The Times of India” qeyd edir ki, bu, son aylarda baş verən ilk belə hal deyil: ən azı 20 Hindistan vətəndaşı – əsasən Pəncab və Haryana ştatlarından – təhsil almaq və ya işləmək bəhanəsi ilə aldadılıb Rusiyaya getdiklərini, sonra isə Rusiya ordusuna qoşulmağa məcbur olduqlarını iddia ediblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
konkret.az

2Mənbələr