İrəvanda Cənubi Qafqaz üzrə ən pis hava keyfiyyəti qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Ermənistandakı daimi koordinatoru Fransuaza Jakob “Bank sektorunun gələcəyi: innovasiyalar və inkişaf perspektivləri” adlı forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu vəziyyət ölkənin investorlar üçün cəlbediciliyinə mənfi təsir göstərir.
BMT rəsmisi həmçinin Ermənistanın üzləşdiyi digər ekoloji problemlərə də diqqət çəkib. O, xüsusilə torpaqların sürətli səhralaşması, çayların çirklənməsi, kənd təsərrüfatı, tikinti və mədənçıxarma fəaliyyəti nəticəsində ətraf mühitin zərər görməsi kimi məsələləri vurğulayıb.
Fransuaza Jakob əlavə edib ki, Ermənistan hökuməti hazırda ÜDM-in cəmi 0,6 faizini ətraf mühitin mühafizəsinə ayırır ki, bu da ekoloji problemlərin miqyası ilə müqayisədə olduqca aşağı göstəricidir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta