AZ

Ağ Evdən Türkiyəyə "F-35"lərlə bağlı YAŞIL İŞIQ

Ağ Ev Türkiyəyə "F-35" və "F-16" təyyarələrinin bəzi hissələrinin istehsalına icazə verə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb. 

Nəşr bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yüzlərlə "Boeing" və "Lockheed Martin" qırıcılarının alınmasını, eləcə də 10 milyard dollardan çox dəyəri olan komponentlərin ölkədə istehsalını planlaşdırır.

Bu planların həyata keçirilməsi Tramp-Ərdoğan görüşündə ABŞ prezidentinin razılığından asılı olacaq. 

Əgər razılaşma əldə olunarsa, Ankara 40 "F-35A" döyüş təyyarəsi, yeni "F-16" Viperlər, yüzlərlə bomba və raket ala biləcək, həmçinin Türkiyə qırıcıları üçün GE mühərriklərinin istehsalını sürətləndirəcək.

Ekspertlərin fikrincə, bu, Türkiyə ilə ABŞ arasında S-400 böhranından sonra münasibətlərin normallaşması üçün açar olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
1
olaylar.az

2Mənbələr