AZ

Oyun zamanı məşqçini güllələdilər

ABŞ-ın Texas ştatında gənclər arasında keçirilən beysbol oyunu zamanı silahlı insident baş verib.

AzPost xəbər verir ki, hadisə nəticəsində komandalardan birinin məşqçisi güllə yarası alıb.

Hadisə Keti şəhərindəki idman kompleksi ərazisində, bazar günü səhər saatlarında baş verib. ABŞ mediasının, o cümlədən TMZ-nin məlumatına görə, naməlum şəxslər yaxınlıqdakı otlaq sahəsindən oyun meydançası istiqamətində bir neçə dəfə atəş açıblar.

Atışma zamanı oyunçular və məşqçilər qarşılaşmaya hazırlaşırdılar. Sosial şəbəkələrdə yayılan videolarda insanların panika içində meydançadan qaçaraq gizlənməyə çalışdığı görünür.

Güllələrdən biri komanda məşqçisinə dəyib. Xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Hazırda hüquq-mühafizə orqanları üç şübhəlinin axtarışını həyata keçirir. Onlara qarşı “ətrafdakı insanların həyatına ölüm təhlükəsi yaratmaq” maddəsi ilə cinayət işi qaldırıla bilər.

AzPost.az

Seçilən
27
1
azpost.info

2Mənbələr