AZ

Azərbaycan və Qazaxıstan dəmir istehsalı üzrə birgə müəssisə yaradacaq

Bakı. Trend:

“Daşkəsən Dəmir Filizi” MMC ilə Qazaxıstanın "Fonte GreenMetInvestments Fund OEIC Limited" şirkəti arasında "Yüksək DəmirTərkibli İsti Briketləşdirilmiş Dəmir" (HBI) istehsalı üzrə BirgəMüəssisənin yaradılması haqqında saziş imzalanıb.

Trend xəbər verirki, bu, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyaForumunun ikinci günü çərçivəsində baş tutub.

Sənədə “Daşkəsən Dəmir Filizi” MMC-nin direktoru Ceyhun Əliyevvə Fonte GreenMet Investments Fund-un baş icraçı direktoru YerjanMussin imza atıblar.

Layihə Azərbaycanın metallurgiya sənayesinin inkişafına, dəmirfilizi resurslarının səmərəli istifadəsinə və yüksək əlavə dəyərliməhsul istehsalının artırılmasına töhfə verəcək.

Seçilən
51
5
az.trend.az

6Mənbələr