Braziliya klubunun keçmiş kapitanı Kafu həmyerlilərinə məsləhət verib.

Offsideplus.az xəbər verir ki, o, braziliyalıların Premyer Liqaya, yox La Liqaya getməli olduqlarını düşünür:

"Premyer Liqaya nə qədər çox braziliyalı oyunçu gedirsə, Dünya Kubokunu qazanmaq şansımız bir o qədər az olur. Təsəvvür edin ki, media sizi hər həftə ən yaxşı olduğunuza inandırsın, hətta yaxın olmasanız da. Mən LALIGA-ya üstünlük verirəm, çünki orada finala çıxmaq və onları qazanmaq üçün yüksək mentalitet var".