AZ

Rafaelin döyüşü təxirə salına bilər

Oktyabrın 12-də keçiriləcək UFC Döyüş Gecəsində planlaşdırılan Çarlz Oliveyra – Rafael Fiziyev qarşılaşması təxirə salına bilər.

Azərbaycanı təmsil edən döyüşçü Rafael Fiziyev zədələnib. “AG Fight” nəşri idmançının yaxın ətrafı ilə əlaqə saxlayaraq bu xəbəri təsdiqləyib.

Qeyd edək ki, hələlik UFC rəhbərliyi rəsmi açıqlama yaymayıb. Fiziyev döyüşə çıxa bilməsə, təşkilatın prezidenti Deyna Uayt Çarlz Oliveyra üçün yeni rəqib müəyyənləşdirəcək.

Seçilən
37
11
football-plus.az

10Mənbələr