AZ

Yamalın atası "Qızıl top-2025"in təşkilatçılarını oğluna zərər verməkdə ittiham etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Barselona" klubunun futbolçusu Lamin Yamalın atası Munir Nəsraui "Qızıl top" mərasiminin təşkilatçılarını oğluna mənəvi zərər verməkdə ittiham edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Marca" nəşri məlumat verib.
Futbolçunun atasının sözlərinə görə, mükafatın nəticələri fərqli olmalı idi.
"Hesab edirəm ki, bu, soyğunçuluq deyil, amma insana verilə biləcək ən böyük emosional zərərdir. Lamin Yamal böyük fərqlə dünyanın ən yaxşı futbolçusudur. Mənim oğlum olduğuna görə yox, çünki, o, dünyanın ən yaxşı oyunçusudur", - deyə Nəsraui qeyd edib.
Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi PSJ-nin hücumçusu Usman Dembele olub, Yamal isə səsvermədə ikinci yeri tutub. 18 yaşlı ispaniyalı həm də ilin ən yaxşı gənc oyunçusuna verilən "Kopa Trophy" kubokunu qazanıb.
Seçilən
6
oxu.az

1Mənbələr