AZ

Robert De Niro biznesə başladı

Amerikalı məşhur aktyor Robert De Niro Karib dənizində yerləşən Barbuda adasında yeni kurort layihəsinə start verib.

Milli.Az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, "The Beach Club" adlanan kompleks adanın sahilində tikiləcək. Layihəyə 36 otaqlı "Nobu Beach Inn" oteli, şəxsi villalar və su üzərində inşa olunacaq bunqalolar daxildir.

Kurortun 2026-cı ilin noyabrında istifadəyə verilməsi nəzərdə tutulur.

Ərazidə həmçinin restoran, spa mərkəzi və okean mənzərəli hovuz fəaliyyət göstərəcək.

Qeyd olunur ki, De Niro və komandası tikinti zamanı ətraf mühitə təsiri minimuma endirməyə çalışır. Layihədə təbii materiallardan istifadə ediləcək və adanın mövcud landşaftı ilə uyğunluq qorunacaq.

Musa
Milli.Az

Seçilən
5
milli.az

1Mənbələr