Olaylar.az xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Aleksandre Kartozia Almaniyanın Federal Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Məlumatda qeyd olunur ki, Kartozia dövlət strukturlarında zəngin təcrübəyə malikdir. O, müxtəlif illərdə Gürcüstanın Təhsil Naziri və Parlamentin Milli Kitabxanasının direktoru vəzifələrində çalışıb. Kartozia həm alim, həm də tərcüməçi kimi Almaniya-Gürcüstan mədəni əlaqələrinin inkişafına böyük töhfə verib. 2022-ci ildə o, Almaniyanın Fövqəladə Xidmət Ordeni - "Əməkdaşlıq Xaçı" ilə təltif olunub.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31