AZ

"Silk Road Fund" ilə gələcək əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirdiyi görüşlərə dair daha bir paylaşım edib.

“Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Silk Road Fund"ın idarəedici direktoru Deng Jinghua ilə gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya təşəbbüslərinin reallaşdırılmasına dair fikir mübadiləsi apardıq. Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları nəzərdən keçirildi”,- nazir bildirib.

Seçilən
28
vergiler.az

1Mənbələr