"Gəncə" basketbol klubu baş məşqçisi Halil Atlı ilə müqavilə müddətini uzadıb.
İdman.biz xəbər verirki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 38 yaşlı mütəxəssis ötən mövsüm "Gəncə"ni Azərbaycan Kubokunun finalına və pley-offa daşıyıb.
İdman.biz