AZ

5 ildə bir milyondan çox azalma: Turistər Azərbaycana niyə gəlmir?


Statistikaya əsasən 2019-cu ildə, quru sərhədlərin açıq olduğu vaxtda turizm məqsədi ilə Azərbaycana 2 863 531 əcnəbi vətəndaşlar səfər edib. 2024-cü ildə bu rəqəm 1 855 113 nəfər olub. 2019-cu il ilə müqayisədə 2024-cü ildə ölkəyə məhz turizm məqsədi ilə gələn əcnəbilərin sayı 1 milyon 8 min 418 nəfər azalıb.

Mütəxəssislər bunun səbəbini Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqələndirir. Quru sərhədlərinin bağlı olması həqiqətə turizm sektoruna zərbə vurur?
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, ölkəyə gələn turistlərin sayının azalmasında quru sərhədlərin bağlı olması və karantin müddətinin davam etməsinin əhəmiyyətli təsiri var:
"Bu sərhədyanı bgələrdə həm ticarətə, həm insanların sosial vəziyyətinə mənfi təsir göstərir. İnsanların xərcləri artır. Eyni zamanda, gediş-gəliş turizmi üçün, xüsusən də qonşu ölkələrlə turizm sektorunda ciddi problem yaradır".
 
Xalid Kərimli hesab edir ki, ölkəyə gələn turistlərinin sayının azalmasını təkcə quru sərhədlərlə bağlamaq düzgün olmaz:
Bu, turizm sahəsində ciddi problemərin olduğunu göstərir. Turizm obyektlərinə böyük investisiyalar qoyulub, otellərin tikintisinə milyonlar xərclənilib. Azərbaycanda ən böyük layihələr turuzm layihələridir. Amma faktiki olaraq turizmin inkişaf ğöstəriciləri məyusedicidir. Biz qonşu Gürcüstanla blə müqayisə olmuruq. Gürcüstanda imkanlar daha məhduddur, ama bizdən üç dəfə çox turist səfər edir".
Xalid Kərimlinin fikirincə, bu prosesdə çoxlu mürəkkəb səbəblər var:
"Əsas məsələ isə Azərbaycanın turizm ölkəsi olmamasıdır. Həçinin ölkəyə gəlməyin çətinlikləri, qiymətlər, quru səhdələrin bağlı olması və digər kompleks səbəblər mövcuddur".

Seçilən
16
1
nuh.az

2Mənbələr