AZ

Tibbi turizmlə tanış olmaq üçün xarici ölkə nümayəndələri Azərbaycana gələcəklər

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gələn ilin mart ayında bir çox xarici ölkələrin nümayəndələri tibbi turizm sahəsi ilə tanış olmaq üçün Azərbaycana gələcək.Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-cü günündə bildirib.V.Qurbanov əlavə edib ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək hər zaman qarşıda duran məqsədlərdən olub:"Ölkədə vətəndaşlar üçün tez-tez yeni tibbi xidmətlər istifadəyə verilir. Əsas hədəf dünyada olunan yeniliklərin ölkənin səhiyyə sisteminə inteqrasiyasını təmin etməkdir. Bu gün nəinki Azərbaycanda, eləcə də dünyada səhiyyə sistemində əsas problemlərdən biri kadr çatışmazlığıdır. Biz də ölkədə bu problemin qarşısını almaq üçün tədbirlər görürük".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
newscenter.az

3Mənbələr