AZ

Hər 2 nəfərdən birində var – Bu bakteriya mədə xərçəngi yaradır

Hər iki yetkin insandan birində rast gəlinən Helicobacter pylori bakteriyası səssiz şəkildə irəliləyərək qastrit, yara (ülser)mədə xərçəngi riskinə səbəb ola bilər.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qastroenteroloq Özgür Ecemiş bildirib ki, bu bakteriya yetkinlərin yarıdan çoxunda mövcuddur və əksər hallarda ağız yolu ilə, gigiyena çatışmazlığı və ortaq mətbəx əşyaları vasitəsilə yoluxur.

Əlamətlərə mədə yanması, köp, ağız qoxusu, gəyirmə və ürəkbulanma daxildir. Diaqnoz üçün endoskopiya, nəfəs və ya nəcis testi lazım ola bilər.

Müalicə mədə turşusunu azaldan dərmaniki antibiotiklə 14 gün davam edir. Dərmanlar düzgün qəbul olunmazsa, bakteriya müqavimət qazana bilər.

Siqaret, spirtli içki, ədviyyatlı və yağlı qidalar müalicəni çətinləşdirir, probiotiklər isə faydalı ola bilər. Uzunmüddətli mədə şikayətləri varsa, mütləq həkimə müraciət olunmalıdır.

Seçilən
9
manset.az

1Mənbələr