AZ

Paşinyan Ermənistan üçün yeni Konstitusiyadan DANIŞDI

"Yeni Konstitusiyanın qəbulu bizə erməni demokratiyasında əsas problemi – məhkəmə hakimiyyətinin xalqdan ayrılmasını aradan qaldırmağa kömək edəcək".

Ölkə.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu “Erməni Demokratiya Forumu” çərçivəsində keçirilən panel müzakirəsində baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, hazırkı ədliyyə sistemində cəmiyyətlə “üzvi əlaqə” yoxdur. İzolyasiya şəraitində fəaliyyət göstərir. Bu da öz növbəsində ona olan inamı sarsıdır.

“Hakimiyyət xalqa məxsusdur və hər hansı hakimiyyət ondan irəli gəlməlidir. Bu gün ciddi sistematik problem görürəm. Ermənistanın məhkəmə hakimiyyəti xalqdan irəli gəlmir və tamamilə ondan uzaqdır”, – deyə Paşinyan bildirib.

Yeni Konstitusiya layihəsi çərçivəsində aparılan müzakirələrdə bu məsafəni aradan qaldırmalı ideyalar təklif olunur. “Təkliflərdən biri münsiflər məhkəməsi sisteminin tətbiqidir”, – deyə Baş nazir qeyd edib.

O vurğulayıb ki, bu problemi həll etmədən demokrasiyanın tam inkişafını təmin etmək mümkün deyil. Nikol Paşinyan qeyd edib ki, keçmişdə məhkəmə qərarları tez-tez xarici oyunçular tərəfindən diktə olunub və “hibrit mübarizə” çərçivəsində istifadə edilib.

Həmidə İbrahimova

Seçilən
26
olke.az

1Mənbələr