Böyürtkən həm dadı, həm də sağlamlığa faydaları ilə diqqət çəkir.
Pravda.az bildirir ki, antioksidantlarla zəngin olan bu meyvə orqanizmi zərərli maddələrdən təmizləyir, ürək-damar xəstəliklərinin qarşısını almaqda əhəmiyyətli rol oynayır.
Tərkibindəki C vitamini immun sistemini gücləndirir, dəmir isə qan dövranını yaxşılaşdırır.
Mütəxəssislər böyürtkənin mütəmadi istifadəsinin həzm sistemini tənzimlədiyini, həmçinin dərinin sağlam görünməsinə müsbət təsir etdiyini bildirirlər.
Payız mövsümündə tez-tez süfrələrdə yer alan böyürtkən, həm təzə, həm də mürəbbə şəklində sevilərək istifadə olunur.
Əminə Bayramova
Tarix: 23 Sentyabr 2025, 13:14