Şimali Koreya lideri Kim Çen In ölkəsinin hərbi gücünü artırmaq məqsədilə yeni məxfi silahlar əldə etdiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim bu bəyanatı Ali Xalq Məclisindəki çıxışı zamanı verib. O, müdafiə sənayesində əldə edilən yeni nailiyyətlərin ölkənin hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyini bildirib.
Kim həmçinin nüvə silahının Şimali Koreyanın sağ qalması üçün “əvəzedilməz seçim” olduğunu vurğulayıb və nüvə tərksilahının “mümkün olmadığını” deyib.
“Dünya artıq bir ölkənin nüvəsizləşməsindən sonra ABŞ-ın necə davrandığını gördü. Biz nüvə silahımızdan heç vaxt imtina etməyəcəyik,” – deyə o, qeyd edib.
Bununla belə, Kim bildirib ki, əgər ABŞ Şimali Koreyanın nüvəsizləşdirilməsi tələbindən geri çəkilərsə, Pxenyan Vaşinqtonla danışıqlara açıq ola bilər.
Aytən Yaşar/ Turkustan.az