AZ

Respublika üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Seçilən
6
9
azerbaijan-news.az

10Mənbələr