AZ

Bakıda Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyasının təntənəli açılışı olub  

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusunu daşıyan Bakı şəhərində qitənin 20-dən artıq ölkəsinin təmsil olunduğu beynəlxalq vebinar təşkil olunub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Məşqçi Lisenziyası (ICL), Məşqçilərin Təhsili və İnkişafı Yolları mövzusunda keçirilən və 2025–2028-ci illəri əhatə edən vebinarda 20-dən artıq ölkədən 89 mütəxəssis iştirak edib.

Beynəlxalq vebinarın əhəmiyyətindən danışan AAF prezidenti Kamran Nəbizadə Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyaları prezidentlərinin Azərbaycana səfərlərini xatırladıb. Göstərilən etimada görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasaniyə minnətdarlığını bildirən AAF rəhbəri, vebinar iştirakçılarına uğurlar arzulayıb. M.Calud və A.Hasani də bu kimi tədbirlərin təşkilində ölkəmizin böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıblar.

Daha sonra qərargahı Bakıda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyasının təntənəli açılışı olub. Bildirilib ki, Akademiyanın istifadəyə verilməsi ağırlıqqaldırma idman növünün bütün dünyada təbliği istiqamətində atılan mühüm addımdır.

Qeyd olunub ki, akademiyanın fəaliyyətə başlaması ərəfəsində ağırlıqqaldırma növündə tarixi uğura imza atılıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, ağırlıqqaldırma növü dünyanın ən nüfuzlu idman yarışı olan Yay Olimpiya Oyunlarında 10 deyil, 12 çəki dərəcəsi ilə təmsil olunacaq.

Daha sonra vebinarda məşqçi təhsili və təcrübəsinin əsas sahələrini əhatə edən proqram təqdim edilib.

Vebinar iştirakçıları, antidopinq, ağırlıqqaldırmada ümumi zədələr, marşal cədvəli və digər mövzularla bağlı hazırlanmış təqdimatlarını nümayiş etdiriblər.

Antidopinq sahəsi üzrə təqdimatla AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib.

Vebinarın sonunda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Məsləhət Qrupunun üzvü Firdovsi Umudov çıxış edərək ölkəmizdə yerləşən Akademiyanın fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, vebinar iştirakçılarına Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən sertifikatlar təqdim olunacaq.

Seçilən
3
9
azerbaijan-news.az

10Mənbələr