AZ

Politoloq: Xarici işlər nazirləri səviyyəsindəki görüşlər ümumi işin xeyrinədir

Sülh gündəliyinin zənginləşməsi və irəliləyişi üçün belə görüşlər müsbət nəticələr verir

Sentyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Politoloq Tural İrfan Sherg.az-a deyib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi uğurla davam edir:

"Vaşinqton bəyanatından sonra bu proses daha da aktiv fazaya keçib. Xarici işlər nazirləri səviyyəsində və diplomatik müstəvidə baş tutan görüşlər ümumi işin xeyrinədir və müsbət qiymətləndirilməlidir. Sülh gündəliyinin zənginləşməsi və irəliləyişi üçün belə görüşlər müsbət nəticələr verir. Bu görüşlərin nəticələri olmalıdır və qarşıda duran vəzifələrə əməl edilməlidir. Əsasən Ermənistan boynuna düşən vəzifələri mümkün olduğu qədər sürətlə həyata keçirməlidir. Xarici təsirlər və təhdidlər fonunda, Ermənistandakı daxili vəziyyətin dəyişmə ehtimalına rəğmən sülh prosesinin maksimum tez başa çatması vacibdir. Rusiyanın erməni müxalifətini ayaqlandırma cəhdləri əsasən sülh prosesini pozmğa xidmət edir. Anlaşmalar və sülh məsələsinin hazırki durumu pozulma ehtimalını minimuma endirir. Lakin hər bir halda erməni cəmiyyətində sabitliyin pozulması sülh prosesini ləngidə bilər. Odur ki, sülhün tam rəsmiləşməsi üçün Ermənistan müvafiq addımlar atmağa tələsməlidir. 2026-cı ildə keçiriləcək seçkilərə qədər sülh prosesinə öz töhfəsini verməlidir".
Seçilən
0
sherg.az

1Mənbələr