AZ

Delhidə enən sərnişin təyyarəsinin şassisindən 13 yaşlı oğlan çıxdı - Ekspertləri təəccübləndirən olay

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstanın Kunduz şəhərindən olan 13 yaşlı oğlan inanılmaz dərəcədə təhlükəli səyahətə çıxıb. O, "Kam Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin şassi hissəsində gizlənərək Kabildən Hindistanın Delhi şəhərinə uçub.
Oxu.Az "The Hindu"ya istinadla xəbər verir ki, yeniyetmə təyyarə enəndən sonra aşkarlanıb.
Yeniyetmənin sözlərinə görə, bu addımı sadəcə maraqdan atıb. O, əslində İrana getmək istəyib və təyyarənin Delhiyə uçduğunu bilməyib.
Yeniyetmə Hindistanın təhlükəsizlik xidməti tərəfindən saxlanıldıqdan sonra eyni reyslə Kabula geri göndərilib.
Ekspertlər 13 yaşlı sərnişinin sağ qalmasını möcüzə adlandırıblar. Çünki sərnişin təyyarələri 9-12 min metr hündürlükdə uçur, burada havanın temperaturu mənfi 50 dərəcəyə qədər enir. Şassi bölməsi isidilmədiyi üçün insan orada uzun müddət bu şəraitə tab gətirə bilməz.
Üstəlik, həmin hündürlükdə havanın seyrəkliyi oksigen çatışmazlığına - hipoksiyaya səbəb olur. Bu isə huşun itirilməsi, beyin hüceyrələrinin zədələnməsi və hətta ölümə gətirə bilər.
Mütəxəssislərin fikrincə, yeniyetmənin sağ qalması tibbi və fiziki baxımdan inanılmaz hadisədir.
Seçilən
15
4
oxu.az

5Mənbələr