AZ

Azərbaycan hər zaman beynəlxalq hüquqa sadiq qalıb- ÖZƏL

"Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa, ədalətə və sülhə sadiq qalmışdır". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Lakin uzun illər ərzində torpaqlarımızın bir hissəsində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu, təxribatlar və terror aktları ölkəmizin təhlükəsizliyinə, regionun sabitliyinə ciddi təhdidlər yaradırdı. Bütün dövlətlər, beynəlxalq təşkilatlar şahidilər  ki, Azərbaycan dəfələrlə bu qanunsuz silahlı dəstələrin tərksilah edilməsini tələb etmiş, beynəlxalq tərəfdaşları vasitəçiliyə çağırmış, sülh çağırışlarını səsləndirmişdir. Təəssüf ki, bu çağırışlar cavabsız qalmış, terrorçu qruplar yeni təxribatlara əl atmaqdan çəkinməmişdir.  İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlət suverenliyini daha da gücləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il 23 aprel tarixində Azərbaycan hökuməti mühüm addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu. Belə bir şəraitdə Azərbaycan dövləti 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur oldu. Bu tədbirlərin əsas məqsədi ölkəmizin suverenliyini və konstitusiya quruluşunu bərpa etmək, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək idi. Qısa müddətdə aparılan bu əməliyyatlar yüksək peşəkarlıqla həyata keçirildi. Dinc əhaliyə zərər dəymədi, mülki infrastruktur qorundu. Azərbaycan bir daha sübut etdi ki, bütün addımlarında beynəlxalq humanitar hüquqa sadiqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr