AZ

Bakının qəzalı massivləri 2040 cı ilə qədər söküləcək AÇIQLAMA

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Fərdi həyət evləri üçün məhkəmə qərarı vacibdir, vətəndaşları məcburi köçürmək olmaz”

Xətai rayonunda yerləşən 10-dan çox fərdi yaşayış evi sökülüb.  Bu haqda ATV sujet hazırlayıb. Evlərin əksəriyyətini heç bir sənədinin olmadığı deyilir. Küçədə tikilmiş sənədsiz evlər xüsusi texnikalar vasitəsilə sökülüb. Sakinlər qeyd edib ki, söküntü barədə onlara heç bir məlumat verilməyib. Onların sözlərinə görə, 1 gün əvvəl evlərindən çıxarılıblar və mənzilləri yerlə-yeksan edilib. İcazə olmadığı halda evlərə qaz, işıq sayğaclarının necə qoyulması məsələsi isə vətəndaşlarda sual yaradıb.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sherg.az-a açıqlamasında deyib ki, ölkədə, xüsusilə, Bakı və Abşeronda yüz minlərlə çıxarışı olmayan, çıxarış ala bilməyən fərdi həyət evləri var: 

"Bunlar bir zamanlar tikilib və o mənzillərdə yaşayış mövcuddur.   Hər hansı əmlakın sökülməsi üçün, əgər bu əmlak istifadədirsə, mütləq şəkildə məhkəmə qərarı olmalıdır. Yəni yaşayış olan ev başqasına yaxud hansısa müəssisəyə məxsus və ya yaşayış məntəqələrinə uyğun olmayan torpaqda tikilibsə məhkəmə qərar çıxarır. Bu halda ev sökülə bilər. Vətəndaşı məcburi formada evindən çıxararaq evini sökmək olmaz".

E. Fərzəliyev qeyd edib ki, istər konstitusiyaya, istərsə də digər qanunvericiliyə görə mülkiyyət hüququ toxunulmaz və pozulmazdır: 

"Fərdi həyət evləri sökülən zaman bəzilərinin çıxarışı olmur. Əmlak bazarında həmin evlərin satış qiyməti yüksək məbləğlə dəyərləndirilmir. Ancaq sökülən ərazidən vətəndaşlara verilən yeni tikili binalardakı təmirli mənzillərin satış qiyməti vətəndaşın köhnə mənzilindən bir neçə dəfə baha olur. Tikinti şirkətləri evləri sökülən vətəndaşlara yeni binalardan mənzil təqdim edən günə qədər köç xərcləri və kirayə pulunu qarşılayır. Bu  məsələlərdə vətəndaşlar tikinti şirkətindən daha çox əmlak tələb etdiyi üçün və tikinti şirkətinin digər sakinlər qarşısında götürdüyü öhdəliklər pozulmuş olur. Yəni bir ərazidə sakinlərin 80-90 faizi köçür, təxminən isə 10-15 faiz sakin çıxmır. Ancaq çıxmadığı halda şirkət bütün sakinlərdən evləri təhvil alanda onlarla notarial qaydada müqavilə bağlayaraq öhdəlik götürür. Yəni siz köçən tarixdən təxminən 3 ilə qədər yeni tikili binadakı mənziliniz ilə təmin olunacaqsınız. Köçməyən sakinlərə görə tikinti şirkəti maddi olaraq xərcə düşür. Şirkətin səlahiyyəti, köçməyən şəxsləri məhkəməyə verərək, köçən şəxslərə ödədiyi kirayə pulunu köçməyən sakinlərdən almaq hüququ var. Ancaq vətəndaşı məcburi formada evindən çıxararaq sökmək olmaz. Bununla bağlı tək tikinti şirkəti deyil, tikintiyə icazə verən qurumlar həmin şirkətə dəstək olmalıdır. 2040-cı ilə kimi Bakının baş planı artıq hazır vəziyyətdə olacaq. 2040-cı ilə qədər həmin qəzalı vəziyyətdə olan və yaxud istismar müddətini bitirmiş yaşayış massivləri təmizlənməli, yeni tikili binalarla əvəzlənməlidir. Bu məsələlərdə vətəndaşlarla müəyyən maarifləndirmə işləri aparılmalıdır. Rəsmi qurumlar tərəfindən vətəndaşlara zəmanət verilməlidir ki, biz sizə zəmanət veririk ki, sizin mənzilin bu tarixdə sökülüb və hər hansı bir tarixdə sizə təhvil veriləcək. Əksər hallarda vətəndaşlara rəsmi qurumlar tərəfindən zəmanət verilmədiyi üçün həmin şəxslərdə tikinti şirkətlərinə qarşı etibarsızlıq yaranır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
sherg.az

2Mənbələr