AZ

Qurban Qurbanov: Azərbaycanın inkişafı üçün futbola da investisiya yatırılmalıdır

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycanın inkişafı üçün çox böyük biznes sahələri qurulur və futbol da həmin sahələrdən biri ola bilər və çox da maraqlı, faydalı ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

Baş məşqçi bildirib ki, digər sahələrə investisiya qoyulursa, elə futbola investisiya qoymaq maraqlı olar:

“Bizim bacarıqlı, qabiliyyətli, heç nədən üzə çıxan futbolçularımız var. Çünki Azərbaycan elə bir bölgədir ki, istənilən idman növündə - istər güləş, istər boks, istərsə də cüdo olsun, o cümlədən futbolda ixtisaslı idmançlarımız çıxar. Ona görə də, məncə, bu sahəyə investisiya qoysaq, yanılmaraq. Bu, çox perspektivli bir işdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
sherg.az

4Mənbələr