AZ

Əsnəmək qadının həyatını alt üst etdi FOTO

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İngiltərədə baş verən hadisə dünya ictimaiyyətinin diqqətini çəkib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli qadın yuxudan oyandıqdan sonra etdiyi əsnəmə hərəkəti ilə həyatını məhv edib. 

Belə ki, qadın yüksək səslə əsnədiyi anda bədənində “elektrik cərəyanı" hissi yaranıb, qolu havada qalıb və ani iflic keçirib. Xəstəxanaya aparılan qadına edilən müayinələr zamanı məlum olub ki, boyun fəqərələri onurğaya təzyiq göstərib və onurğa əzilib. Sağ tərəfi tamamilə iflic olan xəstə təcili əməliyyat olunub.

Həkimlər əməliyyatdan sonra onun yaşama və yenidən yerimə şansının cəmi 50 faiz olduğunu açıqlayıb. Əməliyyatdan sonra qadın bədən funksiyalarını bərpa etməyi bacarıb. Uzunmüddətli müalicə və reabilitasiyadan sonra yenidən yeriməyə nail olub. Lakin onurğasında yaranan qalıcı zədələnmələr səbəbindən ömür boyu dərman qəbul etməli olduğu bildirilib.

Baş verənlərin ardından xəstədə fibromiyalgiya (Əzələlərdə və sümüklərdə geniş yayılmış ağrı, həssaslıq və ümumi yorğunluq sahələri ilə xarakterizə olunan xroniki bir xəstəlikdir, - red.) inkişaf edib.

Qadının davamlı ağrı və yorğunluqdan əziyyət çəkdiyi, xüsusən boynundan qollarına və başına yayılan güclü ağrıların gündəlik həyatını çətinləşdirdiyi qeyd olunub.

Sadə bir əsnəmə hərəkətinin həyatını alt-üst etdiyini deyən qadın, hələ də bundan qorxduğunu bildirib:

“Hər dəfə əsnəmək istəyəndə onu boğmağa çalışıram. Yaşadıqlarımın təsiri hələ də davam edir". 

Seymur Əli  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
unikal.az

3Mənbələr