Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan radikal Fələstin hərəkatı HƏMAS-ı terror təşkilatı kimi tanımır.
Bu barədə türkiyəli lider ABŞ-nin "Fox News” telekanalına müsahibəsində danışıb.
"Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, onu müqavimət hərəkatı kimi görürəm”,- Ərdoğan vurğulayıb.
Ərdoğan qeyd edib ki, HƏMAS-ın hərbi potensialı yalnız İsrailin hücumlarından müdafiə olunmaq üçün kifayətdir.