AZ

Salyanda avtoxuliqanlıq edib videosunu "TikTok"da paylaşdı, həbs edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Salyan rayonunda avtoxuliqanlıq edib videosunu paylaşan sürücü həbs edilib.
Oxu.Az-ın məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Rayon sakini Nihat Babayev idarə etdiyi "Tofaş" markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.
Onun barəsində protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Seçilən
12
1
oxu.az

10Mənbələr