AZ

Türkmənistan və Özbəkistan strateji münasibətləri inkişaf etdirir

BAKI, 23 sentyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, danışıqlarda Özbəkistan və Türkmənistan arasında dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə baxılıb.

Aktiv siyasi dialoqun və səmərəli idarələrarası əlaqələrin qurulduğu məmnunluqla qeyd olunub.

Ticarət dövriyyəsinin artırılması, sənaye və enerji sahələrində əməkdaşlıq layihələrinin təşviqi məsələlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, sərhəddə “Şovot-Taşovuz” ticarət zonasının tikintisi başa çatdırılır.

Həmçinin regional gündəliyin cari məsələləri və qarşıdan gələn yüksək səviyyəli tədbirlər planı nəzərdən keçirilib.

Seçilən
26
teleqraf.com

1Mənbələr