Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Qətərin İnvestisiya təşkilatının inkişaf etməkdə olan bazarlar üzrə direktoru Nasser Al-Attiyah iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların stimullaşdırılması və strateji sektorların inkişafında tərəfdaşlığın perspektivlərini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" səhifəsində yazı paylaşıb.
“Azərbaycanın artan iqtisadi potensialı bir sıra ölkələr, o cümlədən Körfəz dövlətləri ilə iqtisadi əməkdaşlıq, investisiya və strateji tərəfdaşlıq sahəsində birgə layihələrin reallaşmasını mümkün edir”,- paylaşımda qeyd olunur.
Nazir Nasser Al-Attiya ilə Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində görüşdüklərini diqqətə çatdırıb.
“Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik”, - deyə o vurğulayıb.